"Şəfa"da 3 aydır maaş verilmir, futbolçular oteldən qovulur
“Football Office TV” də çıxış edən Elçin Cəfərov “Şəfa” Futbol Klubu haqda şok fikirlər səsləndirib.
Tanınmış idman jurnalisti klubun ciddi maliyyə böhranı keçirdiyini, qambiyalı legioner Maudo Jarjuenin klun tərəfindən ödəniş olmadığı üçün qaldığı oteldən çıxarıldığını bildirib.
Cəfərov klubdakı naşı idarəçiliyə diqqət çəkərək “Şəfa”nın bir otelə 100 mindən çox borcunun olduğunu deyib.
Sports.az hər 2 tərəfin mövqeyini öyrənib.
Elçin Cəfərov Bakıda “Formula 1” keçirilən vaxt futbolçunun oteldən çıxarıldığını, klubun keçmiş prezidenti Sərdar Salmanzadənin müdaxiləsindən sonra 1 ay “Ruslan 93″də qaldığını və buna görə ödənişi də başqa adamların etdiyini söyləyib.
O, “Şəfa”nın futbolçuların maaşlarını 3 aydır ödəmədiyini, legionerlərin oteldən çıxarıldığını və çətin vəziyyətdə qaldıqlarını deyib.



No Comment! Be the first one.