“Sabah” Çempionlar Liqasına məğlubiyyətlə başladı
“Sabah” komandası Çempionlar Liqasının müntəzəm mövsümündə ilk görüşünü keçirib.
Sportify.az xəbər verir ki, Lazar Spasiçin baş məşqçi olduğu kollektiv Litvada “Ritas Vilnüs”un qonağı olub.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 82:73 (16:20, 23:18, 22:19, 21:16).
“Sabah” növbəti görüşlərini Fransanın “Nanter” və Türkiyənin “Trabzonspor” komandalarına qarşı keçirəcək.



No Comment! Be the first one.