Çempionlar Liqası: "Sabah"dan fantastik nailiyyət - YENİLƏNDİ
“Sabah” komandası UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlib.
Sportify.az xəbər verir ki, Azərbaycan çempionu III təsnifat mərhələsinin cavab oyununda Danimarka “Orhus”unu darmadağın edib – 4:0.
Qolların hamısı fasilədən sonra vurulub. 59-cu dəqiqədə Velko Simiç hesabı açaraq, təsnifat mərhələlərində ümumilikdə 5-ci qolunu vurub.
67-ci dəqiqədə Stiv Solvet fərqi artırıb. 79-cu dəqiqədə növbə Coy Lens Mikelsə çatıb.
Oyunda son nöqtəni isə 89-cu dəqiqədə yeni transfer Ksander Severina qoyub.
Danimarkada baş tutan ilk oyunda “Orxus” 2:1 hesablı qələbə qazanmışdi.
İki oyunun nəticəsinə əsasən rəqibini 4:2 hesabı ilə məğlub edən “Sabah” adını Çempionlar Liqasında pley-offa yazdırıb.
Bununla da Azərbaycan təmsilçisi ən azı Avropa Liqasının əsas mərhələsinə vəsiqəni təmin edib.
Qeyd edək ki, “Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Hapoel” (İsrail, Beer-Şeva) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab görüşü
11 avqust
20:00. “Sabah” (Azərbaycan) – “Orxus” (Danimarka) – 4:0
Qollar: Velko Simiç, 59, Stiv Solvet, 67. Coy Lens Mikels, 79. Ksander Severina, 89
Baş hakim: Villi Delajod
Baş hakimin köməkçiləri: Ervan Finjean, Valentin Evrard
Dördüncü hakim: Erik Vattellier
VAR: Bastien Deşepi
AVAR: Nikolya Rainvill
(Hakimlər briqadası Fransadandır)
“Bank Respublika Arena”
İlk oyun – 1:2.



No Comment! Be the first one.