“Sabah”ın daha bir komandası “Mançester Yunayted”ə qarşı
“Sabah”ın U-19 komandası bu gün UEFA Gənclər Liqasının əsas mərhələsində ilk oyununu keçirəcək.
Sportify.az xəbər verir ki, Adino Mustedanaqiçin baş məşqçisi olduğu kollektiv səfərdə İngiltərənin “Mançester Yunayted” klubu ilə qarşılaşacaq.
“Li Sports Villic” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Qarşılaşmanı belçikalı FIFA referisi Simon Burdodui idarə edəcək.
Qeyd edək ki, “Sabah”ın U-19 komandası tarixində ilk dəfə UEFA Gənclər Liqasının əsas mərhələsində iştirak edir. Komanda turnirdə “Barselona” və “Vilyarreal” (hər ikisi İspaniya), “Borussiya” (Dortmund, Almaniya), “Slaviya” (Çexiya) və “Vikinq” (Norveç) ilə də qarşılaşacaq.



No Comment! Be the first one.