“Sabah”ın ÇL paket biletlərinin satışı bu tarixdə başa çatır
“Sabah” UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyi ev oyunları üçün paket biletlərin satışını oktyabrın 1-də dayandıracaq.
Sportify.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, paket biletlər azarkeşlərə “Sabah”ın “Slaviya” (Praqa), “Borussiya” (Dortmund), “Barselona” və “Napoli” ilə ev oyunlarını stadiondan izləməyə, həmçinin bütün qarşılaşmalarda eyni yerdə əyləşməyə imkan verir.
Klubdan qeyd olunub ki, paket biletlərə maraq gözləntiləri üstələyib.
Satış oktyabrın 1-i saat 12:00-da başa çatacaq. Bundan sonra hər qarşılaşma üçün fərdi biletlərin satışına başlanacaq.
Fərdi biletlərin satış tarixi və digər detallarla bağlı məlumat “Sabah”ın rəsmi informasiya resurslarında açıqlanacaq.
Klub Çempionlar Liqasının bütün ev oyunlarında eyni yerdə əyləşmək istəyən azarkeşləri paket biletləri müəyyən edilmiş müddət başa çatana qədər əldə etməyə çağırıb.



No Comment! Be the first one.