“Sabah”ın gənclərindən üçüncü məğlubiyyət
“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında III tur oyununu keçirib.
Sportify.az xəbər verir ki, Liqa mərhələsində rəqib Almaniya “Borussiya Dortmund”u olub.
“Əlincə Arena”da təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 2:0.
Hesabı 74-cü dəqiqədə Yan Luka Ridl açıb. 88-ci dəqiqədə isə Ahmad Najdi yekun nəticəni müəyyənləşdirib.
“Borussiya Dortmund”un daha bir futbolçusu Justin Hoy 82-ci dəqiqədə penaltidən yararlana bilməyib.
Bununla da üçüncü görüşündən də məğlub ayrılan “Sabah” 35-ci pillədə qərarlaşıb və hələ xal qazana bilməyən 5 komandadan biridir. “Borussiya Dortmund” isə 6 xalla 3-cü yerdə gedir.



No Comment! Be the first one.