“Sabah”ın hakimləri dəyişdi
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Sabah” – “Orhus” cavab oyununun hakimlər briqadasında dəyişiklik edib.
Sportify.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, əvvəlcədən görüşə portuqaliyalı Joao Pineyronun rəhbərlik etdiyi hakimlər briqadası təyin olunsa da, UEFA sonradan bu qərara yenidən baxıb.
Masazırda təşkil olunacaq qarşılaşmanı Fransadan olan baş hakim Villi Delajo idarə edəcək. Ona yan xətt hakimləri Ervan Finjean və Valentin Evrard kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Erik Vattellier yerinə yetirəcək. VAR hakimi Bastien Deşepi, AVAR isə Nikolya Rainvill olacaq.
Qeyd edək ki, “Sabah” – “Orhus” arasında cavab görüşü avqustun 11-də “Bank Respublika Arena”da vaş tutacaq. Komandalar arasında Danimarkada baş tutan ilk oyunda “Orhus” 2:1 hesablı qələbə qazanıb. İlk görüşün nəticəsinə əsasən, Bakı təmsilçisi növbəti mərhələyə yüksəlmək üçün cavab matçında üstün nəticə əldə etməlidir.



No Comment! Be the first one.