“Sabah”ın qapıçısı 2 top buraxdı, komandası heç-heçə etdi
“Sabah”ın qapıçısı Stas Pokatilov UEFA Millətlər Liqasının C Liqasında növbəti oyuna çıxıb.
Sportify.az xəbər verir ki, onun şərəfini qoruduğu Qazaxıstan yığması Slovakiya ilə qarşılaşıb. Matç 2:2 hesabı ilə yekunlaşıb.
Pokatilov start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
Qazaxıstan millisi 3 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Slovakiya isə 12 xalla qrup liderliyini qoruyub.



No Comment! Be the first one.