“Sabahın ulduzları” Bakı Kubokunda medal görüşlərinin vaxtı müəyyənləşib.
Sportify.az xəbər verir ki, sentyabrın 29-da hər iki yaş qrupunda bürünc medal görüşləri keçiriləcək.
3-cü yer uğrunda U-14 yaş qrupunda “Neftçi” və “Ulduz”, U-15 yaş qrupunda isə “Qarabağ” və EFA komandaları qarşılaşacaqlar.
Finallar isə sentyabrın 30-da keçiriləcək.
Yarışların baş mükafatı uğurunda U-14 yaş qrupunda “Qarabağ” və “Sabah”, U-15 yaş qrupunda isə “Neftçi” və “Ulduz” komandaları qarşı-qarşıya gələcəklər.
29 sentyabr
3-cü yer uğrunda oyunlar
17:00. U-14. “Neftçi” – “Ulduz”
20:00. U-15. “Qarabağ” – EFA
30 sentyabr
Final
17:00. U-14. “Qarabağ” – “Sabah”
20:00. U-15. “Neftçi” – “Ulduz”
Sonuncu final oyunu başa catdıqdan sonra mükafatlandırma mərasimi keçiriləcək.










No Comment! Be the first one.