Sabiq baş məşqçisi Ronaldunu sərt tənqid etdi
Həmin ilin oktyabrında Ronaldu “Tottenhem”lə oyunda əvəzetməyə çıxmaqdan imtina edərək final fitindən əvvəl stadionu tərk edib.
Noyabrda isə Pirs Morqana verdiyi səs-küylü müsahibədə ten Haqa hörmət etmədiyini bildirib. Bundan qısa müddət sonra “Mançester Yunayted” futbolçu ilə müqaviləyə xitam verib.
“The Athletic” nəşrinə müsahibəsində ten Haq Ronaldonun davranışlarının komandaya mənfi təsir göstərdiyini vurğulayıb: “Ronaldu həm komandaya, həm də mənə qarşı etibarı doğrultmadı. Çünki ondan çox şey gözləyirdik. “Mançester Yunayted”ə gəlməzdən əvvəl onunla görüşmək və məqsədlərimi izah etmək üçün Portuqaliyaya uçmuşdum. Əlbəttə, o, futbol tarixinin ən yaxşı oyunçularından biridir və mən ona böyük hörmət bəsləyirdim. Ancaq həmin vaxt baş məşqçi kimi rasional qərarlar verməli və etibar etdiyim futbolçulara şans tanımalı idim”.
Ten Haq Ronaldunun fiziki hazırlığı və meydandakı hərəkətləri ilə bağlı da fikirlərini bölüşüb. Onun sözlərinə görə, əsas problem portuqaliyalı hücumçudan pressinq tələb edilməsi deyildi: “Mən ona dəfələrlə deyirdim: “Ronni, hamı sənin üçün işləməyə, səni uyğun mövqelərdə topla təmin etməyə hazırdır. Amma özün cərimə meydançasına daxil ola bilmirsənsə, qol vura bilməyəcəksən”. O, bunu bacarmırdı.
Problemin ondan pressinq tələb etməyim və buna görə yorulması olduğunu söyləmək düzgün deyil. O, nə top bizdə olanda, nə də müdafiə olunanda kifayət qədər hərəkət edirdi. Səbəb lazımi fiziki hazırlıq səviyyəsinə çatmaması idi”.
Mütəxəssis əlavə edib ki, hər bir böyük klub aparıcı futbolçusunun ehtiyaclarını nəzərə almalıdır. Bununla yanaşı, ulduz oyunçular da komandanın maraqları naminə çalışmalıdırlar.
Ten Haq Ronaldonun məşqlərdə futbolçulara ayaqlarını qorumağı tövsiyə etdiyini də xatırladıb. Onun fikrincə, yüksək fiziki formaya çatdıqdan sonra bəzi məşqlərdə yükü azaltmaq mümkündür. Lakin bunun üçün əvvəlcə lazımi hazırlıq səviyyəsinə çatmaq vacibdir.
Sabiq baş məşqçi sonda bəzi futbolçuların şəxsi prioritetlərinin komandanın maraqları ilə üst-üstə düşmədiyini vurğulayıb: “Futbolçular özləri də təşəbbüs göstərməli və daha böyük məsuliyyət daşımalıdırlar. Bəziləri üçün futbol əsas prioritet deyil. Bəzi oyunçular üçün isə “Mançester Yunayted” də əsas prioritet olmayıb”.
Qeyd edək ki, Kriştianu Ronaldu “Mançester Yunayted”dən ayrıldıqdan sonra karyerasını Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda davam etdirib.



No Comment! Be the first one.