Rusiyalı UFC döyüşçüsü Şarabutdin Maqomedov, daha çox Şara Bullet ləqəbi ilə tanınan idmançı, ikinci arvad almağı planlaşdırdığını bildirib.
Sportify.az xəbər verir ki, o, bu barədə “Macarena” YouTube kanalına müsahibəsində danışıb.
Maqomedovun sözlərinə görə, İslamda bir neçə qadınla evlənməyə icazə verilir və həyat yoldaşı da onun bu qərarına etiraz etməyib:
“İslamda bu, seçimlərdən biridir. Bütün müsəlmanlara bu hüquq verilib, sadəcə, hər kəs bununla razılaşmır. Həyat yoldaşıma bu barədə danışanda o da razılıq verdi. Çünki Uca Allahın icazə verdiyi bir şeylə razılaşmamaq olmaz. Əlbəttə, bunu sözlə qəbul etmək başqa, reallıqda yaşamaq tamam başqadır. Belə vəziyyətdə hər şey daha çətin olur”.
Şara Bullet ikinci həyat yoldaşına ehtiyac duymasının səbəbini də açıqlayıb:
“İkinci arvad niyə lazımdır? Birinci həyat yoldaşına xəyanət etmək istəyinin qarşısını almaq üçün”.



No Comment! Be the first one.