Serbiyalı oyunçu “Neftçi”də
“Neftçi” basketbol komandası heyətini növbəti legionerlə gücləndirib.
Sportify.az xəbər verir ki, Bakı təmsilçisi serbiyalı oyunçu Aleksa Stepanoviç ilə mövsümün sonuna qədər müqavilə bağlayıb.
Hücumçu mövqeyində çıxış edən 28 yaşlı basketbolçunun son klubu Serbiya Liqasında mübarizə aparan “Herçeqovaç Qaydobra” olub.
Qeyd edək ki, 206 sm boya malik təcrübəli oyunçu karyerası ərzində “Partizan”, “FMP Belqrad” kimi köklü klubların, eləcə də VTB Birləşmiş Liqasında “Yenisey”in şərəfini qoruyub.



No Comment! Be the first one.