ŞOK! Azərbaycan Basketbol Federasiyası FIBA-nı beynəlxalq məhkəməyə verdi
Azərbaycan Basketbol Federasiyası (ABF) Beynəlxalq Basketbol Federasiyasına (FIBA) qarşı İdman Arbitraj Məhkəməsində (CAS) iddia qaldırıb.
Sportify.az xəbər verir ki, tərəflər arasındakı mübahisə CAS-ın 2026-cı il üzrə dinləmələr siyahısına daxil edilib.
İşə 2026-cı il dekabrın 1-də baxılması nəzərdə tutulub.
Qeyd edək ki, CAS-ın açıqladığı siyahıda mübahisənin mahiyyəti, Azərbaycan Basketbol Federasiyasının FIBA-ya qarşı irəli sürdüyü tələblər və iddianın səbəbləri barədə əlavə məlumat verilməyib.
Bildirilib ki, dinləmələr, tərəflər açıq keçirilməsinə razılıq vermədiyi halda, ictimaiyyət üçün qapalı olacaq. Onlar əyani, onlayn və ya hibrid formatda təşkil edilə bilər.
Xatırladaq ki, İdman Arbitraj Məhkəməsi (CAS) idman sahəsində yaranan mübahisələrin həlli ilə məşğul olan beynəlxalq arbitraj qurumudur.



No Comment! Be the first one.