ŞOK! Elvin Cəfərquliyev sıradan çıxdı
“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev Niderland “Tvente”sinə qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsinin oyunlarında iştirak etməyəcək.
Klubun mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, 26 yaşlı müdafiəçi III təsnifat mərhələsində Ukrayna “Dinamo Kiyev”ini 2:0 hesabı ilə məğlub etdikləri cavab oyununda zədələnib.
Aparılan tibbi müayinələr nəticəsində onun ayağının arxa əzələsində vətərin qismən yırtığı aşkarlanıb. Cəfərquliyevin bərpa müddətinin təxminən iki həftə davam edəcəyi gözlənilir.
Futbolçunun müalicə və reabilitasiya prosesi klubun tibbi heyətinin nəzarəti altında davam etdirilir.
Qeyd edək ki, “Qarabağ” “Tvente” ilə ilk görüşünü avqustun 20-də səfərdə, cavab oyununu avqustun 27-də evdə keçirəcək.



No Comment! Be the first one.