ŞOK! Ərəblər Zubirin oynamasına icazə vermədi
“Qarabağ”ın sabiq futbolçusu Abdullah Zubirin Səudiyyə Ərəbistanının “Əl Orobah” komandasına keçidi baş tutmayıb.
Sportify.az-ın əldə etdiyi məlumata görə, I Liqa təmsilçisi bu yay Ağdam klubundan ayrılan 34 yaşlı fransalı vingerlə anlaşma əldə edib.
Lakin Zubir yeni klubunda meydana çıxa bilməyib. Səudiyyə Ərəbistanı Liqası “Əl Orobah”ın maliyyə təminatı ilə bağlı problemlər səbəbindən futbolçunun müqaviləsini qeydiyyata almaqdan imtina edib.
Nəticədə Zubirin “Əl Orobah”da çıxış etmək imkanı yaranmayıb və təcrübəli futbolçu hazırda azad agent statusundadır.
Qeyd edək ki, Abdullah Zubirin “Qarabağ”dan ayrıldıqdan sonra Qətərin “Əl Şahaniyə” klubuna keçəcəyi bildirilirdi. Lakin bu transfer hələlik gerçəkləşmir. “Əl Orobah” isə Səudiyyə Ərəbistanının I Liqasında 3 oyundan 2 xalla 16-cı yerdə gedir.



No Comment! Be the first one.