ŞOK! "Qəbələ"nin legioneri beynəlxalq məhkəməyə verildi
Rumıniyanın “UTA Arad” klubu hazırda “Qəbələ”də çıxış edən futbolçu Mabea Kouya Aristidedən Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edib.
Sportify.az CAS-ın rəsmi saytına istinadən xəbər verir ki, işə noyabrın 4-də baxılacaq.
28 yaşlı sol cinah yarımmüdafiəçisi “UTA Arad”da 2024-cü il iyulun 1-dən 2025-ci il martın 31-dək çıxış edib. Ötən ilin 6 sentyabrında o, klubsuz futbolçu kimi Malta “Floriana”sı ilə müqavilə bağlayıb. Bu il iyulun 1-də isə “Qəbələ” Mabea ilə 1+1 illik müqavilə bağlayıb.



No Comment! Be the first one.