Cənubi Koreya Futbol Assosiasiyası 2014-cü il dünya çempionatının və 2012-ci il London Yay Olimpiya Oyunlarının seçmə matçlarından əvvəl xarici hakimlərə seksual xidmətlər göstərib.
Sportify.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın JTBC News telekanalı öz araşdırmasına istinadən məlumat yayıb.
Cənubi Koreya futbol rəsmiləri müxtəlif şəhərlərdəki masaj salonlarına xüsusi keçidlər veriblər. Bu dəvətləri alan hakimlərin sayı 10 nəfəri ötüb. Ölkənin futbol üzrə ali qurumunun bu sxemlərə yüz minlərlə von xərclədiyi bildirilir.
Hakimlərə belə “hədiyyələr” 2011-ci ildə 7 oyundan əvvəl təqdim edilib. Onların arasında Asiyada dünya çempionatının seçmə mərhələsinin ilk təsnifat mərhələsinin oyunları, həmçinin 2012-ci il London olimpiadasına seçmə matçları olub. Siyahıda adı açıqlanmayan yoldaşlıq görüşləri də yer alıb.
Qeyd edək ki, 2011-ci ildə Asiyada 2012-ci il London Yay Olimpiya Oyunlarına xüsusi seçmə turnir – “AFC Men’s Pre-Olympic Tournament” keçirilib. Cənubi Koreya yığması həmin turnirdə də qalib gəlib.
Cənubi Koreya Futbol Assosiasiyasının nümayəndəsi ittihamlara münasibət bildirərkən həmin dövrdə bunun adi praktika olduğunu deyib.
Qurum isə qeyd edib ki, oxşar insidentlər 15 il əvvəl baş vermiş ola bilər. Assosiasiya hazırda daha sərt daxili qaydalar tətbiq etməyə çalışdığını bildirib: “15 il əvvəl xoşagəlməz hadisə baş vermiş ola bilər, lakin hazırda sərt daxili idarəetmə qaydaları tətbiq etməklə səylərimizi davam etdiririk”.
Xatırladaq ki, bundan əvvəl Cənubi Koreya polisi milli komandanın sabiq baş məşqçisi Hon Myonq-bonun təyin olunmasında manipulyasiyalar şübhəsi ilə Cənubi Koreya Futbol Assosiasiyasının ofisində axtarış aparıb. Onun rəhbərliyi altında Cənubi Koreya yığması 2026-cı il dünya çempionatında mübarizəni dayandırıb.



No Comment! Be the first one.