Stolüstü tennisçilərimiz Latviyaya yollandı
Latviyanın paytaxtı Riqa şəhərində stolüstü tennis üzrə “Riga City Youth Cup 2026” turniri start götürəcək.
Sportify.az xəbər verir ki, yarış oktyabrın 23-də başlanacaq.
Ənənəvi yarışda qadınlardan ibarət millinin baş məşqçisi Fərhad İsmayılov, gənc oğlanlardan ibarət seçmənin baş məşqçisi Ramil Cəfərov və məşqçi Rüfət Əliyevanın rəhbərliyi ilə 9 idmançı iştirak edəcək. Oğlanların yarışında Elşən Hüseynov, Uğur Nəzərli, Tunar Bağırov, Ruslan Kərimov, qızların mübarizəsində isə Nigar Mahmudova, Yağmur Məmmədli, Arzu Aslanova, Xədicə Babazadə və Şəbnəm Mansurova bacarığını göstərəcək.
Qeyd edək ki, beynəlxalq yarışa oktyabrın 25-də yekun vurulacaq.



No Comment! Be the first one.