Azərbaycan I Liqasında çıxış edən “Səbail” komandasının II turda “Mingəçevir”i Quba Olimpiya İdman Kompleksinin stadionunda qəbul etməsinə icazə verilməyib.
Sportify.az-ın əldə etdiyi məlumata görə, səbəb kimi müvafiq müraciətin gec ünvanlanması göstərilib.
Bildirilib ki, artıq “Mingəçevir” Bakıda oynayacağını düşünərək otel kirayələyib və rayona getməyə hazır deyil.
Nəticədə qarşılaşmanın Binə qəsəbə stadionunda təşkili qərara alınıb.
I Liqaya “Quba” adı ilə davam etməyi düşünən “Səbail” indi eyniadlı rayonda ilk ev oyununu IV turun “Karvan-Yevlax”a qarşı keçirmək niyyətindədir. Bu oyunun arixi dəqiqləşməsə də, tur 8 – 10 oktyabra nəzərdə tutulub.
Binə qəsəbə stadionunda təşkil olunacaq “Səbail” – “Mingəçevir” görüşü sentyabrın 10-u saat 16:30-da başlayacaq.



No Comment! Be the first one.