Tahir Gözəl: Bizə iki futbolçu və zaman lazımdır
”Möhtəşəm oyun alındı. Hücumlarımız, fürsətlərimiz çox oldu. İkisindən yararlandıq, bir neçəsini isə dəyərləndirə bilmədik”.
Sportify.az xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl Tofiq Bəhramov adına Respublika stadionunda Ukraynanın “Dinamo Kiyev” komandasına 2:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.
T.Gözəl “Dinamo Kiyev”i çox böyük klub kimi dəyərləndirib: “Onlar keçmiş SSRİ çempionatlarında 13 qızıl medal qazanıblar, son olaraq, 35 il əvvəl elə bu stadionda 3:1 hesablı nəticə qeydə alınıb. Qalib gəldiyimiz üçün çox şadam”.
O, komandasının göstərdiyi oyundan çox məmnun qaldığını bildirib: “Qarabağ” hər oyundan-oyuna artırıq. Hətta dəqiqələrlə formalaşır. Çünki bu komanda çox möhtəşəmdir, möhtəşəm heyət bir araya gəlib. Bir az vaxt lazımdır. Bir neçə oyun da keçirsək, daha inamlı şəkildə davam edəcəyik”.
Heyətdə edilən dəyişikliklərdən çox razı qaldığını bildirən klub rəhbəri hələ də əyər-əskiklərinin olduğunu vurğulayıb: “Biz çox iddialıyıq. Hələ də iki oyunçu axtarırıq. Rəhbərliyin tam dəstəyi var. Hər şey baş məşqçimiz Qurban Qurbanovun yanaşmalarından asılıdır”
”Qarabağ”ın Konfrans Liqasında şanslarını dəyərləndirən T.Gözəl finaladək irəlimə ehtimallarını da dəyərləndirib: “Mən bu komandaya inanıram. Bugünkü oyuna fikir versəniz, bu, artıq doğrudan da Avropa səviyyəsində bir oyundur. Əsası, bizə zaman lazımdır. Yetər ki, bir neçə oyun keçirə bilək”.



No Comment! Be the first one.