Tanınmış karateçi Qadınlar Super Liqasının püşkatmasında
Bu gün Qadınlar Super Liqasının 2026/27-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.
Maraqlıdır ki, püşkü çəkənlər arasında Avropa çempionatının bürünc mükafatçısı, III MDB Oyunlarının qalibi olan qadın karateçisi Mədinə Sadıqova da iştirak edib.
Püşkü futbol ictimaiyyətindən deyil, başqa bir idman növü ilə məşğul olan şəxsin çəkməyi maraq doğurub.
AFFA-nın mətbuat katibi Aida Əliyeva isə bununla əlaqədar Sportify.az-a bildirib ki, Mədinə Sadıqovanın dəvət olunması heç də təsadüfi deyil: “O, karateçidir, Avropa çempionudur. Belə bir tanınmış idmançını tədbirə əlavə maraq qatmaq üçün dəvət etdik”.



No Comment! Be the first one.