Toral oynadı, "Bursaspor" liderliyə yüksəldi VİDEO
Türkiyə 1-ci Liqasının 12-ci turunda növbəti görüşlər olub.
Sportify.az xəbər verir ki, millimizin üzvü Toral Bayramovun mübarizə apardığı “Bursaspor” da meydana çıxıb.
“Keçiörengücü” ilə səfərdə qarşılaşan Toralın komandası 4:2 hesabı ilə qalib gəlib. Futbolçumuz meydana 83-cü dəqiqədə çıxıb və heç nə ilə yadda qalmayıb.
3 xal qazanan “Bursaspor” 28 xalla liderliyə yüksəlib.



No Comment! Be the first one.