Tunar Bağırovdan bürünc medal
Azərbaycanlı stolüstü tennisçi Tunar Bağırov beynəlxalq arenada növbəti uğuruna imza atıb.
Sportify.az xəbər verir ki, 16 yaşlı idmançı Latviyada keçirilən “Riga City Council’s Youth Cup 2026” turnirində U19 yaş kateqoriyasında üçüncü yeri tutaraq bürünc medal qazanıb.
Tunar Bağırov qrup mərhələsində Malta, Estoniya və İsveç təmsilçilərini məğlub edib. O, 1/16 finalda İngiltərə, 1/8 finalda Litva, 1/4 finalda isə Latviya idmançısına qalib gələrək yarımfinala yüksəlib. Həlledici mərhələyə gedən yolda litvalı rəqibinə məğlub olan tennisçimiz turniri üçüncü pillədə başa vurub.
Qeyd edək ki, Tunar Bağırov öz yaş kateqoriyasında 1/4 finala qədər irəliləyib. Bu medal gənc idmançının beynəlxalq turnirlərdə qazandığı 12-ci mükafatdır.



No Comment! Be the first one.