"Turan" "Maritsa"ya səfərdə qalib gəldi – YENİLƏNDİ - FOTOLAR
Qadın voleybolçulardan ibarət “Turan” komandası bu gün CEV Çempionlar Liqasında növbəti oyununu keçirib.
Sportify.az xəbər verir ki, Azərbaycan çempionu olan Tovuz təmsilçisi III təsnifat mərhələsinin ilk qarşılaşmasında Bolqarıstanın “Maritsa” klubu ilə üz-üzə gəlib.
Plovdiv şəhərindəki “Kolodruma” İdman Zalında təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 3:0. İlk 2 seti 25:22 hesablı üstünlüklə tamamlayan “Turan” sonuncu setdən də qalib ayrılmağı bacarıb – 25:20.
Komandalar arasında cavab matçı noyabrın 10-da Tovuz Olimpiya İdman Kompleksində təşkil olunacaq. Görüş saat 20:00-da başlanacaq.
Bu qarşılaşmanın nəticəsinə əsasən növbəti mərhələyə yüksələcək komanda müəyyənləşəcək.
CEV Çempionlar Liqası
Qadınlar
III təsnifat mərhələsi
20:30. “Maritsa Plovdiv” (Bolqarıstan) – “Turan” (Azərbaycan) – 0:3 (22:25, 22:25, 20:25)
Hakimlər: Vasileyos Vasileyadis (Yunanıstan), Mari-Katerin Bulanje (Rumıniya)
Plovdiv, Kolodruma İdman Zalı
Qeyd edək ki, “Turan” əvvəlki mərhələdə Xorvatiyanın “Mladost” klubunu iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdırıb. Tovuz təmsilçisi rəqibinə ilk görüşdə 3:0, cavab matçında isə 3:2 hesabı ilə qalib gəlib.











No Comment! Be the first one.