"Turan Tovuz" bəyanat yaydı: "Gülünc penaltidir" - VİDEO
“Turan Tovuz” klubu Misli Premyer Liqasının V turunda “Araz-Naxçıvan”la keçirilən oyundan (2:2) sonra bəyanat yayıb.
Sportify.az xəbər verir ki, klubun bəyanatında son vaxtlar həm meydanda, həm də meydandan kənarda sistemli təzyiqlərlə üzləşdikləri bildirilib.
“Təmiz qolumuz sayılmır, 5 dəqiqə VAR-da incələnməsinə baxmayaraq qapımıza gülünc penalti təyin olunur. Klub olaraq hər iki cəbhədə mübarizəmizi davam etdiririk”, – deyə bəyanatda qeyd olunub.
Klub rəhbərliyi “Turan Tovuz”a qarşı haqsızlıqların həm azarkeşlər, həm də futbol ictimaiyyəti tərəfindən aydın şəkildə görüldüyünü vurğulayıb.
Bəyanatda belə məqamlarda komandanın əsas gücünün azarkeşlərin dəstəyi və klub ətrafında birlik olduğu bildirilib.
“Sizdən xahiş edirik ki, hər zaman olduğu kimi, bu mübarizədə də komandamızın və klubumuzun yanında olasınız. “Turan” ailəsi olaraq mübarizəmizi birlikdə davam etdirəcəyik”, – deyə klubdan bildirilib.
HÖRMƏTLİ “TURAN” AİLƏSİ!Son vaxtlar həm meydanda, həm də yaşıl meydandan kənarda sistemli təzyiqlərlə üzləşirik. Təmiz qolumuz sayılmır, 5 dəqiqə VAR-da incələnməsinə baxmayaraq qapımıza gülünc penalti təyin olunur. Klub olaraq hər iki cəbhədə mübarizəmizi davam etdiririk.Klubumuza qarşı edilən haqsızlıqları həm siz – dəyərli azarkeşlərimiz, həm də futbol ictimaiyyəti aydın şəkildə görür.Belə məqamlarda ən böyük gücümüz sizin dəstəyiniz və komandamızın ətrafında birliyimizdir. Sizdən xahiş edirik ki, hər zaman olduğu kimi, bu mübarizədə də komandamızın və klubumuzun yanında olasınız.“Turan” ailəsi olaraq mübarizəmizi birlikdə davam etdirəcəyik!
Posted by Turan Tovuz PFK on Sunday, September 13, 2026



No Comment! Be the first one.