"Turan Tovuz"un oyunu voleybola görə dəyişdi
Misli Premyer Liqasının 8-ci turunda keçiriləcək “Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib.
Sportify.az xəbər verir ki, oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində qadın voleybolçular arasında Çempionlar Liqasının “Turan” – “Mladost” (Xorvatiya) matçı keçiriləcək.
Bununla əlaqədar “Turan Tovuz” Peşəkar Futbol Liqasına müraciət edərək Premyer Liqanın 8-ci turunda oktyabrın 18-də keçirilməsi nəzərdə tutulan “Turan Tovuz” – “İmişli” görüşü ilə 18-ci turdakı “İmişli” – “Turan Tovuz” matçının yerlərinin dəyişdirilməsini xahiş edib.
PFL “İmişli” klubunun razılıq məktubunu da nəzərə alaraq müraciəti təmin edib.
Beləliklə, 8-ci tur çərçivəsində “Turan Tovuz” – “İmişli” qarşılaşması oktyabrın 18-də saat 15:00-da Yevlax şəhər stadionunda keçiriləcək.
18-ci turda isə komandalar Tovuzda üz-üzə gələcəklər.



No Comment! Be the first one.