Türk futbolçu: Ərəb klubuna keçidimdə Ronaldunun rolu oldu
Türkiyə millisinin futbolçusu Merih Demiral portuqaliyalı ulduz Kriştianu Ronaldu ilə münasibətlərindən və onun peşəkarlığından danışıb.
Sportify.az xəbər verir ki, hazırda Səudiyyə Ərəbistanının “Əl Əhli” klubunda çıxış edən 28 yaşlı müdafiəçi “Əl Nəsr”in formasını geyinən 41 yaşlı hücumçu ilə daim əlaqə saxladıqlarını bildirib.
Demiral Ronaldunun həm meydandakı çıxışını, həm də peşəkarlığını yüksək qiymətləndirib: “Kristianu nümunəvi, möhtəşəm insandır. Xəbərlərdə və müsahibələrdə gördüklərinizin hamısı doğrudur. Onun nə qədər peşəkar olduğunu, özünü necə fəda etdiyini görürsünüz. Yaşına baxmayaraq, hələ də möhtəşəmdir və inanılmaz işlər görür. O, əsl nümunədir”.
O, Səudiyyə Ərəbistanına yollanmasında Ronaldunun rolunun olduğunu da açıqlayıb: “İnsanlar bunu bilmir, amma biz daim bir-birimizə mesaj yazırıq. Səudiyyə Ərəbistanına gəlməzdən əvvəl də onunla danışmışdım. O, mənə bura gəlməyi tövsiyə etdi. Kristianu Səudiyyə Ərəbistanına gəlmək qərarımda mənə kömək etdi. Burada insanların çox mehriban olduğunu və məni yaxşı qarşılayacaqlarını dedi. Onun öz üzərində çalışmağa davam etməsini və möhtəşəm işlər görməsini görmək məni çox sevindirir”.
Qeyd edək ki, Merih Demiral və Kriştianu Ronaldu 2019 – 2021-ci illərdə İtaliya “Yuventus”unda komanda yoldaşı olublar. Ronaldu noyabrın 5-də Portuqaliya yığmasındakı karyerasını başa vurduğunu açıqlayıb.



No Comment! Be the first one.