Türkiyə millisi İtaliyaya böyük hesabla uduzdu
UEFA Millətlər Liqasında A Liqasının 1-ci qrupunun II turunda Türkiyə və İtaliya yığmaları üz-üzə gəlib.
Sportify.az xəbər verir ki, Bursa şəhərindəki “100-cü il Atatürk” stadionunda təşkil olunmuş qarşılaşma qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:1.
İtaliya 9-cu dəqiqədə Alessandro Bastoninin qolu ilə hesabı açıb. Davide Frattesi 22-ci dəqiqədə fərqi artırıb. Mikael Kayode 27-ci dəqiqədə İtaliyanın üçüncü qolunu vurub.
Türkiyə 47-ci dəqiqədə Barış Alper Yılmazın qolu ilə fərqi azaltsa da, üç dəqiqə sonra Françesko Esposito italiyalıların dördüncü qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.
Növbəti turda Türkiyə oktyabrın 2-də Belçika ilə, İtaliya isə həmin gün Fransa ilə qarşılaşacaq.
Xatırladaq ki, Türkiyə millisi ilk turda evdə Fransaya 0:1, İtaliya isə Belçikaya 0:2 hesabı ilə uduzub.



No Comment! Be the first one.