Türkmənistan millisi Bakıda
Kişi boksçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışının növbəti mərhələsinə start verib.
Federasiyanın mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, hazırlıqlar baş məşqçi Ravşan Xocayevin rəhbərliyi altında Almaniyadan sonra Bakıda davam etdirilir.
Bakı Boks Mərkəzində təşkil olunan toplanışda Türkmənistan millisi də iştirak edir. Birgə məşqlər avqustun 22-də yekunlaşacaq.
Qeyd edək ki, toplanış Bolqarıstanda keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır.



No Comment! Be the first one.