"UEFA - mafiya!” – “Tvente”ni “Qarabağ”la oyuna görə cəza gözləyir - VİDEO
Niderlandın “Tvente” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirdiyi ilk oyundan sonra cəzalandırıla bilər.
Sportify.az xəbər verir ki, Enşededə “Qarabağ”a 0:1 hesabı ilə uduzan “Tvente”nin azarkeşləri oyundan sonra hakimlər briqadasını fitə basıblar.
Albaniyadan olan baş hakim Yushin Caya və onun briqadasına qarşı tribunadan dəfələrlə “UEFA – mafiya!” şüarı səsləndirilib.
Bu səbəbdən “Tvente”nin UEFA tərəfindən cərimələnəcəyi gözlənilir.
Niderland klubunun oxşar səbəbdən daha əvvəl də cəzalandırıldığı bildirilir. 2024-cü ildə Avropa Liqasının İtaliya “Latsio”su ilə matçında “UEFA – mafiya!” şüarının səsləndirilməsinə görə “Tvente” 10 min avro məbləğində cərimə olunub.

Bu dəfə klubun 5-10 min avro aralığında cərimə ilə üzləşə biləcəyi ehtimal edilir.
Qeyd edək ki, Norveçin “Brann” klubu da eyni ifadəyə görə UEFA tərəfindən 5 min avro cərimələnmiş, daha sonra İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edərək cəzanın ləğvinə nail olmuşdu.
“Qarabağ” “Tvente”ni səfərdə 1:0 hesabı ilə məğlub edib və cavab oyunu öncəsi üstünlük qazanıb.
“UEFA Maffia”, klinkt het in De Grolsch Veste.#fctwente #tweqar pic.twitter.com/2FTraRsfoN
— Twente Insite (@TwenteInsite) August 20, 2026



No Comment! Be the first one.