UEFA Millətlər Liqası: Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
UEFA Millətlər Liqasında keçiriləcək Lixtenşteyn – Azərbaycan oyununun hakimləri açıqlanıb.
Sportify.az xəbər verir ki, D Liqasının qarşılaşması Estoniyadan olan hakimlər briqadasına tapşırılıb.
FIFA referisi Kristo Tohverə Silver Koiv və Sander Saqa köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Yonas Yanovits yerinə yetirəcək.
VAR-da Marko Liva, AVAR-da Yuri Frişer əyləşəcək.
Xatırladaq ki, noyabrın 13-də Vaduts şəhərində keçiriləcək Lixtenşteyn – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.



No Comment! Be the first one.