Millimiz Litvaya qalib gələrək, qrup lideri oldu - YENİLƏNDİ
Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununa çıxıb.
Sportify.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Bakıda Litva yığması ilə üz-üzə gəlib.
D Liqasının 2-ci qrupunun qarşılaşması meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0.
Yeganə qolu 25-ci dəqiqədə Abdulax Xaybulayev vurub. Bununla da xalını 5-ə yüksəldən Azərbaycan millisi qrup lideri olub. Litva isə 4 xalla 2-ci yerdə gedib.
90+1-ci dəqiqədə millinin köməkçi-məşqçisi Vüqar Mustafayev ikinci sarıdan qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.
Qrupun qalibinin adına noyabrda hər iki komandanın Lixtenşteynlə keçirəcəyi oyunlardan sonra aydınlıq gələcək.
UEFA Millətlər Liqası, IV tur
4 oktyabr
17:00. Azərbaycan – Litva – 1:0
Qollar: Abdullax Xaybullaev (26);
Baş hakim: Qustavo Korreya (Portuqaliya)
Yan hakimlər: Andre Filipe Noqeyra Diaş, Andre Souza (Portuqaliya)
Dördüncü hakim: Migel Andre Monteyro Fonseka (Portuqaliya)
VAR hakimi: Brunu Esteveş (Portuqaliya)
AVAR hakimi: Ana Klaudiya Silva Ribeyru (Portuqaliya)
Bakı, “Palms Sports Arena”
Xatırladaq ki, Azərbaycan millisi qrupda 2 xalla ikinci pillədə qərarlaşıb. Litva seçməsi 4 xalla liderdir. Hesabında 1 xal olan Lixtenşteyn sonuncudur.



No Comment! Be the first one.