UEFA reytinqi: Azərbaycan xalını yüksəltdi, mövqeyini qorudu
Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırıb.
Sportify.az xəbər verir ki, növbəti avrokubok həftəsindəki qələbələr reytinq xalının 21,687-yə yüksəlməsinə səbəb olub.
Lakin mövqe dəyişikliyi baş verməyib. Azərbaycan yenə 26-cı pillədə qərarlaşıb. 25-ci mövqedəki Sloveniya 22,718 xala malikdir.
Əvəzində Azərbaycanın ən yaxın izləyicilərindən Slovakiya xalını 20,500-ə yüksəldıb və 20,437 xala malik Bolqarıstanı keçərək, 27-ci pilləyə qalxıb.
Qeyd edək ki, bu həftə Azərbaycan klublarından “Sabah” Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündə Danimarka “Orhus”unu 4:0, “Qarabağ” isə UEFA Konfrans Liqasının eyni raundunda Ukrayna “Dinamo Kiyev”ini 2:0 hesabı ilə üstələyərək, pley-off mərhələsinə yüksəlib.



No Comment! Be the first one.