Ulduz futbolçu uzun müddət oynamayacaq
Almaniyanın “Bavariya” komandasının üzvü zədələnib.
Sportify.az xəbər verir ki, müdafiəçi Alfonso Deyvis Kanada milli komandasının Qvatemala ilə keçirdiyi oyunda (3:2) sıradan çıxıb. 26 yaşlı sol cinah müdafiəçisinin sol ayaq əzələsində yırtıq aşkarlanıb. O, uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, “Bavariya” Alfonso Deyvisi 2019-cu ilin yayında ölkəsinin “Vankuver” klubundan 14 milyon avroya transfer edib. Təcrübəli futbolçu cari mövsümdə Münhen təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.


No Comment! Be the first one.