Uşangi Kokauri: Azərbaycan dilini öyrənəcəyəm - VİDEO
Bakıdakı dünya çempionatında 100 kq-dan yuxarı çəki dərəcəsində gümüş medal qazanan Azərbaycan cüdoçusu Uşangi Kokauri təəssüratlarını bölüşüb.
Sportify.az-ın məlumatına görə, gürcü idmançı fikirlərinə azərbaycanca danışmaqla başlayıb.
34 yaşlı idmançı finalda uduzduğu rusiyalı İnal Tasoyevi çox güclü cüdoçu kimi dəyərləndirib.
Bundan sonra Kokauri fikirlərinə rusca davam edib: “Gələn dəfə səhvlərimi düzəltməyə, onu məğlub etməyə çalışacağam və Azərbaycan dilini öyrənəcəyəm”.
Təcrübəli cüdoçu Azərbaycanı çox sevdiyini bildirib: “Burada özümü çox yaxşı, rahat hiss edirəm. Hamı mənə dəstək olur, insanlar gələrək, azarkeşlik edirlər. Bütün bunlar vacib amillərdir”.
Qeyd edək ki, Uşangi Kokauri Bakıda 2018-ci ildə keçirilmiş dünya çempionatında da gümüş medal qazanıb.
Посмотреть эту публикацию в Instagram



No Comment! Be the first one.