"Verdiyim sözü tutdum, üçrəngli bayrağımızı yüksəklərə qaldırdım"
Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçusu İbrahim Talıbov (-55 kq) ölkəmizə ilk qızıl medalı qazandırıb.
Sportify.az xəbər verir ki, yarışdan dərhal sonra təəssüratlarını bölüşən çempion İbrahim Talıbov qələbə sevincinin sözlərlə ifadə olunmayacaq dərəcədə böyük olduğunu bildirib:
“Bu hissləri sözlə anlatmaq mümkün deyil, çox xoşbəxtəm. Verdiyim sözü tutdum, çox şükür ki, bayrağımızı yüksəklərə qaldıra bildim. Qələbəmdə əməyi olan hər kəsə — anama, atama və məşqçilərimə dərin minnətdarlığımı bildirirəm. Üstümdə əziyyətləri çox böyükdür. İndi isə yalnız istirahət etmək barədə düşünürəm.”
Seneqalın paytaxtı Dakarda keçirilən Oyunlarda Azərbaycan yığması 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunur. Yarışlar noyabrın 13-dək davam edəcək.



No Comment! Be the first one.