Vernidub Azərbaycanın Zəfər Gününü təbrik edərkən kövrəldi - VİDEO
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edərkən kövrəlib.
Sportify.az xəbər verir ki, ukraynalı mütəxəssis Misli Premyer Liqasının Zəfər turunda “Kəpəz”i 1:0 hesabı ilə yendikləri görüşdən sonra mətbuat konfransına əlamətdar günə həsr etdiyi təbrik nitqi ilə başlayıb.
O, Azərbaycanda olduğu kimi, Ukraynanın da azadlığa və sülhə qovuşacağı günü görəcəyinə ümid etdiyini bildirib: “Hər kəsi 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edirəm. Qoy, Azərbaycanda hər zaman sülh olsun, insanlar gözəl, xoşbəxt və istədikləri kimi yaşasınlar. İstərdim ki, Ukrayna da bir gün azad olsun, qalib gəlsin, insanları sülh şəraitində yaşasın və istədikləri həyatı görsünlər. Mən bu günü görməyi çox istəyirəm və ümidvaram ki, həyatda olduğum müddətdə görəcəyəm. Bir daha hər birinizin bayramını təbrik edir və ən xoş arzularımı hər bir azərbaycanlıya çatdırıram”.
Sportify.az həmin təsirli anların video-görüntülərini təqdim edir:



No Comment! Be the first one.