“Kəpəz”in qələbə qollarının müəllifi Moldova yığmasına dəvət aldı
“Kəpəz”in yarımmüdafiəçisi Viktor Stina Moldova milli komandasına dəvət alıb.
Sportify.az xəbər verir ki, bununla bağlı “Kəpəz” klubuna Moldova Futbol Federasiyasından rəsmi məktub daxil olub.
28 yaşlı futbolçu sentyabrın 20-də Misli Premyer Liqasının VI turu çərçivəsində “Sumqayıt”la oyundan sonra yığmanın düşərgəsinə yollanacaq. O, milli komandanın heyətində UEFA Millətlər Liqasında forma geyinə bilər. Moldovalılar adıçəkilən yarışın K qrupunda Slovakiya (26 sentyabr və 6 oktyabr), Farer adaları (29 sentyabr) və Qazaxıstan (2 oktyabr) kollektivlərinə qarşı mübarizə aparacaqlar.
Qeyd edək ki, cari mövsüm “Kəpəz”in heyətində iki dəfə fərqlənən Viktor Stina həm “Turan Tovuz”, həm də “Qəbələ” üzərindəki 1:0 hesablı qələbələrin əsas səbəbkarı olub. O, Moldova yığmasında 30 oyun keçirib, 4 qol vurub.


No Comment! Be the first one.