Yuri Maksimov: Öz səhvlərimizdən sadə qollar buraxırıq
“Oyun bərabər keçdi. Heç-heçə olsa da, oyundan razı qaldım. Öz səhvlərimizdən sadə qollar buraxırıq. Ehtiyat qüvvəmiz az idi. Milli fasilədə zədəli oyunçularımız da bərpa olunacaq”.
Sportify.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Yuri Maksimov səfərdə “Şəfa” ilə 2:2 hesablı heç-heçə etdikləri Misli Premyer Liqasının XI tur matçından sonra mətbuat konfransında deyib.
Onun sözlərinə görə, komandası “Zirə” ilə ötən oyunda 3 futbolçusunu itirib: “Vacib məsələ zədəli futbolçularımızın sıraya dönməsidir. Alberto Fernandes, Rövlan Muradov, Mustafa Əhmədzadə zədəlidir. İssuf Paro isə daha uzun müddətə sıradan çıxıb”.
Maksimov gələn tur lider “Neftçi” ilə oyuna qələbə üçün köklənəcəyini diqqətə çatdırıb.
Ukraynalı mütəxəssis sonda Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib: “Ukraynada da hazırda müharibədir. Bu vəziyyəti başa düşürük”.



No Comment! Be the first one.