“Zirə” 3 il əvvəlki nailiyyətini təkrarladı
Misli Premyer Liqasının startı “Zirə”nin ardıcıl 3 oyunda qələbə qazanması ilə əlamətdar olub.
Sportify.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, son üç mövsümdə ilk dəfə iştirakçılardan biri startda belə seriyaya imza atıb.
Sonuncu belə hadisə 2023/2024 mövsümünə təsadüf edib. Həmin vaxt da indiki kimi “Zirə” ardıcıl üç qələbəyə sevinib. 2017/2018 mövsümündə də eyni göstəriciyə imza atan qəsəbə klubu tarixində 3-cü dəfə ilk üç matçda xal itirməyib.
Ümumilikdə isə 35 mövsümdə 36 dəfə komandalardan biri ilk 3 görüşündə qalib gəlib. Belə uğura 18 fərqli klub nail olub.



No Comment! Be the first one.