Qurban Qurbanov dəbilqə kampaniyasında - FOTOLAR
Gənclər və İdman Nazirliyi ilə Daxili İşlər Nazirliyi yol təhlükəsizliyinə həsr olunan birgə maarifləndirmə kampaniyasına start verib.
Sportify.az xəbər verir ki, “Dəbilqəsiz yola çıxma – həyat ən böyük qələbədir” şüarı ilə keçirilən kampaniyanın əsas çağırışı skuter, velosiped və motosiklet istifadəçilərinə ünvanlanıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dəbilqədən düzgün istifadə kəllə-beyin zədəsi riskini 74 faiz, ağır baş xəsarəti riskini isə 60 faiz azaldır.
Kampaniyanın məqsədi dəbilqə istifadəsini sürücülər üçün gündəlik təhlükəsizlik qaydasına çevirmək və onun həyati əhəmiyyətini diqqətə çatdırmaqdır.
Təşəbbüsə qoşulan Azərbaycanın tanınmış idmançıları da öz mesajları ilə yol hərəkəti zamanı diqqət, intizam və düzgün qərar verməyin vacibliyini vurğulayırlar.
Qeyd edək ki, kampaniya BMT Baş katibinin yol təhlükəsizliyi üzrə xüsusi elçisinin mandatı çərçivəsində həyata keçirilən qlobal “Make A Safety Statement” kampaniyasından ilhamlanaraq hazırlanıb.










No Comment! Be the first one.