Lautaro Messi ilə vida matçı barədə: “Ümid edirəm, çox ağlamayacağıq”
Argentina millisinin hücumçusu Lautaro Martinez Boliviya üzərində 4:0 hesablı qələbəni şərh edib və qarşıdakı oyunlarla bağlı fikirlərini bölüşüb.
Sportify.az xəbər verir ki, Martinez milli komandanın qarşıdakı görüşlərindən birinin Lionel Messi üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.
“Dünya Kubokundan sonra yenidən bir araya gəldik. Enerjimiz əvvəlki kimidir. Qarşıdakı matç, şübhəsiz ki, çox emosional, xüsusi və vacib olacaq. Ümid edirəm, çox ağlamayacağıq”, – argentinalı futbolçu deyib.
Qeyd edək ki, Argentina millisi oktyabrın 4-də Burkina Faso, oktyabrın 6-dan 7-nə keçən gecə isə Beninlə qarşılaşacaq. Beninlə oyun Lionel Messinin Argentina millisində vida matçı olacaq.



No Comment! Be the first one.