Millətlər Liqasında III tur start götürür
UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turuna bu gün start veriləcək.
Sportify.az xəbər verir ki, turun ilk oyun günündə 8 qarşılaşma baş tutacaq.
Günün ilk matçı Bakıda keçiriləcək. D Liqasında çıxış edən Azərbaycan millisi doğma meydanda Lixtenşteyn yığmasını qəbul edəcək. Eyni liqada Malta Cəbəllüttariqlə qarşılaşacaq.
A Liqasının 2-ci qrupunda Almaniya Serbiyanı, Yunanıstan isə Niderlandı sınağa çəkəcək. 4-cü qrupda Danimarka Portuqaliya ilə, Uels isə Norveçlə üz-üzə gələcək.
B Liqasının 3-cü qrupunda İrlandiya Avstriyanı, İsrail isə Kosovanı qəbul edəcək.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 3-cü tur
1 oktyabr
D Liqası, 2-ci qrup
20:00. Azərbaycan – Lixtenşteyn
Xal durumu: Litva – 4 (2 oyun), Azərbaycan – 1 (1 oyun), Lixtenşteyn – 0 (1 oyun).
A Liqası, 2-ci qrup
22:45. Almaniya – Serbiya
22:45. Yunanıstan – Niderland
Xal durumu: Yunanıstan – 6, Niderland – 4, Almaniya – 1, Serbiya – 0.
A Liqası, 4-cü qrup
22:45. Danimarka – Portuqaliya
22:45. Uels – Norveç
Xal durumu: Portuqaliya – 6, Norveç – 3, Danimarka – 3, Uels – 0.
B Liqası, 3-cü qrup
22:45. İrlandiya – Avstriya
22:45. İsrail – Kosovo
Xal durumu: Avstriya – 6, Kosovo – 3, İrlandiya – 3, İsrail – 0.
D Liqası, 1-ci qrup
22:45. Malta – Cəbəllüttariq
Xal durumu: Malta – 3 (1 oyun), Cəbəllüttariq – 1 (1 oyun), Andorra – 1 (2 oyun).



No Comment! Be the first one.