40 yaşlı Jiru "Lill"ə qələbə qazandırdı
Fransa Liqa 1-in 9-cu turunda “Lill” və “Lans” komandaları üz-üzə gəlib.
Sportify.az xəbər verir ki, “Dekatlon Arena – Pyer-Mauro” stadionunda keçirilən qarşılaşmada meydan sahibləri 1:0 hesabı ilə qalib gəliblər.
Görüşün yeganə qolunu “Lill”in hücumçusu 40 yaşlı Olivye Jiru 86-cı dəqiqədə vurub.
Bu qələbədən sonra “Lill” 9 oyunda 18 xal toplayaraq turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Lans” isə 13 xalla səkkizinci sıradadır.
Növbəti turda “Lill” noyabrın 8-də səfərdə “Renn”lə qarşılaşacaq. “Lans” isə həmin gün doğma meydanda “Marsel”i qəbul edəcək.



No Comment! Be the first one.