"Kəpəz"in daha bir futbolçusu zədələndi
Misli Premyer Liqasında “Sumqayıt”la görüşü yarımçıq dayandıran “Kəpəz”in yarımmüdafiəçisi Əli Səmədovin durumuna aydınlıq gəlib.
Klubun mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, Səmədovun sağ bud əzələsində 2 sm-lik yırtıq aşkarlanıb.
Qarşıdakı 2-3 həftədə yaşıl meydançalardan kənarda qalacaq 29 yaşlı yarımmüdafiəçi növbəti turda “Araz-Naxçıvan”la oyunu buraxa bilər.




No Comment! Be the first one.