“Şahdağ Qusar”ın əsas rəqibləri heç-heçə etdi
Azərbaycan I Liqasında IV turun daha bir oyunu keçirilib.
Sportify.az xəbər verir ki, Binə qəsəbə stadionunda “Səbail” və “Karvan-Yevlax” komandaları üz-üzə gəlib.
Baş hakim Emin Əliyevin idarə etdiyi görüş heç-heçə ilə yekunlaşıb – 1:1.
Turun ilk oyun günündə “Şahdağ Qusar” “Zaqatala”nı darmadağın edib.
Hazırda Qusar komandası 12 xalla vahid liderdir. Hesabat turunda “Baku Sportinq”i oktyabrın 10-da qəbul edəcək “Gəncəbasar” 9 xalla ikinci pillədədir. “Səbail” 4 oyundan 8, “Karvan-Yevlax” 7 xala malikdir.
I Liqa, IV tur
8 oktyabr (cümə axşamı)
15:30. “Səbail” – “Karvan-Yevlax” – 1:1
Qollar: Aldo Qomes Soares, 7 – Eze Sillas, 61
Hakimlər: Emin Əliyev, Mirnihat Seyidov, Zakir Şükürzadə, Alik Yunusov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Binə qəsəbə stadionu.



No Comment! Be the first one.