Yuri Maksimov: Futbolçularım əllərindən gələni etdilər, onlara təşəkkür edirəm
Misli Premyer Liqasının X turunda “Zirə” səfərdə “Araz-Naxçıvan”la heç-heçə etdi: 2:2.
Sportify.az xəbər verir ki, “Araz-Naxçıvan”ın baş məşqçisi Yuri Maksimob oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı:
– Futbolçularıma təşəkkür edirəm. Yaxşı oynadılar. Deyərdim ki, gücləri çatmadı. 3 xal qazansaydıq, təbii ki, yaxşı olardı. Növbəti oyunlara hazırlaşıb yolumuza davam edəcəyik.
– 1 xal qazandız, yoxsa 2 xal itirdiz?
– Düşünürəm ki, 2 xal itirməsəydik, yaxşı olardı.
– Futbolçularınız epizodları qaçırırdı. Məsuliyyət çatmır?
– Turnir cədvəlinin sonuncu pilləsində olduğumuz üçün futbolçular həyəcan keçirirlər. Yuxarı pillələrdə olsaydıq, daha yaxşı oyun göstərə bilərdik.



No Comment! Be the first one.