“Tenerife”nin futbolçusunun matç zamanı ürəyi dayandı
İspaniya Sequndasının XII tur matçında “Tenerife” klubunun 30 yaşlı hücumçusu Xesus de Migelin “Andorra” ilə oyunda ürəy dayanıb.
Sportify.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Qarşılaşma 2:2 hesabı ilə davam edərkən dayandırılıb. Hadisə oyunun 90+7-ci dəqiqəsində baş verib. “Andorra”nın qapıçısı meydanın mərkəzində top uğrunda mübarizə zamanı de Migelə qarşı qayda pozuntusuna yol verib. Nəticədə qolkiper birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.
Həmin epizoddan sonra hücumçunun vəziyyətinin pisləşdiyi məlum olub. Komanda yoldaşları futbolçunun huşunu itirdiyini görərək dərhal tibbi yardım çağırıblar.
De Migel təcili olaraq xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra onun həyatını xilas etmək mümkün olub.



No Comment! Be the first one.