Tural Qurbanova növbəti təyinat
FIFA referisi Tural Qurbanov növbəti beynəlxalq təyinat alıb.
Sportify.az xəbər verir ki, Qurbanov UEFA Gənclər Liqasının Çempionlar Yolunda II mərhələnin “Kayrat” (Qazaxıstan) – “MTK Budapeşt” (Macarıstan) oyununu idarə edəcək.
Ona Cəmil Quliyev və Müslüm Əliyev yan xətt hakimləri qismində kömək edəcəklər. Dördüncü hakim funksiyasını qazaxıstanlı Kirill Tkaçev yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 4-də Qazaxıstanın Almatı şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.



No Comment! Be the first one.