Kriştianu Ronaldunun oğlu ilk dəfə bu yığmada
Səudiyyə Ərəbistanının “Əl Nəsr” komandasının futbolçusu Kriştianu Ronaldunun 16 yaşlı oğlu, Kristianinyo kimi tanınan Kiçik Kriştianu Ronaldu Portuqaliyanın U-17 yığmasına ilk dəfə dəvət alıb.
Sportify.az xəbər verir ki, U-17 millisinin baş məşqçisi Filipe Ramuş 2027-ci il Avropa çempionatının seçmə mərhələsinin ilk raundunda iştirak edəcək 23 futbolçunun siyahısına Kristianinyonu da daxil edib.
Portuqaliya millisi noyabrın 6-dan 17-dək təlim-məşq toplanışı keçirəcək. Komanda seçmə mərhələdə Andorra (11 noyabr), Bolqarıstan (14 noyabr) və Serbiya (17 noyabr) yığmaları ilə qarşılaşacaq.
Qeyd edək ki, bu, Kristianinyonun U-17 millisinə ilk dəvətidir. O, daha əvvəl Portuqaliyanın U-15 və U-16 komandalarında ümumilikdə 13 oyun keçirib.
Hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun akademiyasında çıxış edən gənc futbolçu hücumçu kimi təqdim olunsa da, əsasən yarımmüdafiəçi mövqeyində oynayır.



No Comment! Be the first one.